Türkiyəli siyasətçi Suriyada şəhid oldu - FOTO

26-01-2016, 19:49           
Türkiyəli siyasətçi Suriyada şəhid oldu - FOTO
Suriyadakı türkmən qruplarına dəstək vermək üçün Türkməndağı bölgəsinə gedən Milliyyətçi Hərəkat Partiyası (MHP) Fatih rayon təşkilatı sədrinin müavini İbrahim Küçük şəhid olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İbrahim Küçük Suriya və Rusiya aviasiyalarının həyata keçirdiyi hava bombardmanı zamanı həlak olub.
Məlumatlara görə, o, iki ay bundan öncə Suriyaya könüllü olaraq türkmənlərə dəstək vermək məqsədi ilə gedib.

Qeyd edək ki, Suriya ordusu Rusiya hərbi hava qüvvələrinin yardımı ilə Türkməndağı bölgəsindəki müxalifətin nəzarətində olan Rabia qəsəbəsini ələ keçirib.
Tanrıdan ona rəhmət diləyirik!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru