PYD lideri Suriya üzrə Cenevrə danışıqlarına dəvət olunmayıb

27-01-2016, 09:36           

PPK terror təşkilatının Suriya qolu olan PYD qruplaşmasının lideri Saleh Müslim Suriya üzrə Cenevrədə keçiriləcək beynəlxalq danışıqlara dəvət olunmadığını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Saleh Müslim danışıqlara qruplaşmanın digər üzvlərinin dəvət alıb-almamasından xəbərsiz olduğunu bildirib.

Xəbər verildiyi kimi, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib ki, PYD Suriya üzrə danışıqlara dəvət olunarsa, Türkiyə görüşü boykot edəcək.

“PYD danışıqlar masası arxasında hansı qismdə iştirak edəcək? Terror təşkilatı xalqı təmsil edə bilərmi? Bu danışıqlar müxalifət və rejim arasında keçirilir. Orada terror təşkilatları iştirak edə bilməz. Bu vaxtadək PYD-nin danışıqlara dəvət olunmayacağı bildirilirdi. Əgər PYD-ni Cenevrə danışıqlarına dəvət ediblərsə, biz, əlbəttə ki, görüşü boykot edəcəyik”, deyə Çavuşoğlu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru