SOS: 50 min soydaşımız aclıqdan ölə bilər

27-01-2016, 13:15           
SOS: 50 min soydaşımız aclıqdan ölə bilər
Xüms vilayətinin 6 bölgəsində 50 mindən artıq türkman aclıqdan ölə bilər.

Axar.az xəbər verir ki, son 5 il ərzində türkmanların bir qismi Livan düşərgələrinə gedə bilsə də, əhalinin əksəriyyəti hökumət qüvvələri ilə terrorçular arasında gedən qarşıdurmaların ortasında yaşamaq məcburiyyətindədir.

Ötən ilin sentyabrından başlayan Rusiya hücumları türkmanların vəziyyətini bir qədər də çətinləşdirib. Region həkim, dərman və xəstəxana imkanlarından məhrumdur. Ayrıca, kəndlərdəki qida anbarları çoxdan tükənib. Aclıq və susuzluğun davam etdiyi bölgədə yolxucu xəstəliklər yayılmaqdadır.

Xümsdə yaşayan türkmanlar hökumətin onlardan ərazidən çıxmağı tələb etdiyini deyir.

“Suriyanı tərk edin, mühasirəni dayandıraq”, - deyən rejim qüvvələri türkman bölgələrinə şiə və nüseyrilərin yerləşdiriləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru