PKK liderinin mediadakı “sağ qolu” həbs olundu – Uğurlu əməliyyat

7-11-2020, 18:01           
PKK liderinin mediadakı “sağ qolu” həbs olundu –
PKK terror təşkilatının liderlərindən biri Duran Kalkanın “mətbuat xidməti” funksiyasını yerinə yetirən şəxs Adanada həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2016-2017-ci illərdə PKK-nın Şimali İraqdakı düşərgələrinə gedən İ.K. bir ay əvvəl Adanaya qayıdıb. Bundan sonra hərəkətə keçən polis İ.K.-nı öz evində həbs edib.

İ.K. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən “qırmızı bülleten”lə axtarılan Duran Kalkanın media sahəsindəki əsas adamı hesab olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru