Azərbaycanın qədim şəhəri Şuşanın düşmən işğalından azad olunması qardaş Türkiyədə sevinclə qarşılanıb.
Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu da azərbaycanlıların Şuşa sevincini bölüşüb.
O, özünün “twitter” hesabında Şuşa şəhərinin şəklini paylaşıb. “Şuşa 28 ildən sonra ana vətənə qovuşdu. Yaşa Azərbaycan”-deyə, Əkrəm İmamolu qeyd edib.