Nazarbayevin qızı və nəvəsi Şerlok Holmsun Londondakı “evinin” sahibləridir - Jurnalist ortaya çıxardı
11-11-2020, 10:04
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı və nəvəsi Londonda Baker–strit küçəsi boyunca bir neçə evin sahibidir. Yazıçı Artur Konan Doylun romanındakı obraz olan Şerlok Holms bu evlərdən birində “yaşayıb”.
KONKRET.az xəbər verir ki, Times bu barədə mülkiyyət sənədlərinə istinad edərək yazır.
Son bir neçə ildə Baker küçəsi 221b ünvanındakı evin sahibi ilə bağlı müxtəlif söz-söhbətlər ortaya çıxıb.
Jurnalist Nazarbayev ailəsinin Baker küçəsi boyunca 215-dən 237-yə qədər ev sahibi olduğunu öyrənməyi bacarıb. Mülkiyyətin ümumi dəyəri təqribən 140 milyon funt sterlinqdir. Eyni zamanda əmlakın 90 faizi Nazarbayevaya, 10 faizi isə oğlu Nurəli Əliyevə məxsus olub.
Bunların hamısını 2005-ci ildə 140 milyon funt sterlinqə (185 milyon dollar) Farmont Baker Street Limited şirkəti rəsmi olaraq əldə edib.
Yaz aylarında İngilis səlahiyyətliləri Nazarbayevanın və Nurali Əliyevin daşınmaz əmlakını “həbs” edib. BBC-yə görə, onlar üç ofşor şirkəti vasitəsilə 100 milyon dollara iki ev və bir mənzil alıblar.
İyun ayında Nazarbayevanın Moskvada təxminən 230 milyon rubl dəyərində elit bir mənzili üzə çıxıb.
Qeyd edək ki, Dariqa Nazarbayeva Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. 2019-cu ilin martından 2020-ci ilin mayına qədər Senatın sədri vəzifəsində çalışıb.