Türkiyədə ASELSAN-ın yeni sistemlərinin açılışı olub- FOTO

13-11-2020, 01:18           
Türkiyədə ASELSAN-ın yeni sistemlərinin açılışı olub- FOTO
Ankarada Türkiyənin ən güclü istehsal komplekslərindən olan ASELSAN-ın (Hərbi Elektronika Sənayesi) yeni sistem və təsisatlarının açılışı olub.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki böyük uğurlarından danışıb.

Dövlət başçısı diqqətə çatdırıb ki, 2020-ci ildə ölkə üzrə 62 müdafiə sənayesi layihəsi olduğu halda hazırda onların sayı 700-ə çatıb. Bununla da ölkəyə qarşı gizli və açıq şəkildə tətbiq olunan embarqoların təsiri dəf edilib. Bütün istehsal gücü yerli mühəndislər tərəfindən tənzimlənir(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru