ABŞ Türkiyəni müdafiə etdi

28-01-2016, 12:26           
ABŞ Türkiyəni müdafiə etdi
ABŞ İsrail Müdafiə naziri Moşe Yalonun “Türkiyə İŞİD-dən neft alaraq terrorçulara maliyyə yardımı edib” ifadəsinin qəti əleyhinədir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib.

Vaşinqton rəsmisinin sözlərinə görə, İsrail müdafiə nazirinin Türkiyə ilə bağlı söylədiyi fikirlər əsassızdır:

“Bu mövzu ilə bağlı ABŞ rəhbərliyi öz fikrini açıqlayıb. Biz bu fikirlərə qatılmırıq”.

Xatırladaq ki, Moşe Yalon yunan həmkarı Panos Kammenos ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyəni İŞİD-lə əlaqə qurmaqda ittiham edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.