Rus kəşfiyyatının bir nömrəli hədəfi olan türk ÜZƏ ÇIXDI
28-01-2016, 14:15

Rus kəşfiyyatının bir nömrəli hədəfi olan Alparslan Çelik qorxmadan üzə çıxıb. Belə ki, o, Türkiyənin Türkməndağı bölgəsində hava hücumu zamanı həyatını itirən MHP lideri İbrahim Küçükün dəfn mərasiminə qatılıb. MHP-li lider İstanbulda toprağa verildi.
Hafta.az Hürriyet-ə istinadən bildirir ki, rus kəşfiyyatının iddiasına görə, Alparslan Çelik rusların hərbi təyyarəsindən paraşütlə düşən pilotu öldürüb. Və beləliklə də onların ən birinci düşməninə çevrilib. Bu günlərdə Rusiya mətbuatında bildirilmişdi ki, kəşfiyyat orqanları Alparslan Çelikin başına xeyli pul qoyub.
O, isə bütün bu hədələrə baxmayaraq sərbəst şəkildə dəfn mərasiminə qatılıb. Hansı ki, ruslar onu hər yerdə axtardıqlarını açıq-aşkar söyləyiblər.
Qeyd edək ki, rusların iddiasına görə, Türk hərbi təyyarələrinin 24 noyabrda vurduğu qırıcıdan paraşütlə atlanan pilot Oleg Peşkov olub. Alparslan Çelik isə özü etiraf edib ki, həmin tus pilotu öldürüb. \

Çelik müxbirlərin "Siz nə zaman Suriyadan gəldiniz?" sualına belə cavab verib:
"Mən bu gün buradayam, sabah orda. Gedib gəlirəm. İndi dəfn üçün gəldim. Təkrar yenə gedə bilərəm".
Qeyd edək ki, bu cəsur turk MHP-nin Kebandan olan sabiq bələdiyyə sədrinin oğludur. Alparslan Çelik 2014-cü ildən əvvəl İraqa gedib. Və türkmənlərlə birlikdə IŞİD-ə qarşı savaşıb. 2015-ci ildən isə Suriyada Bayırbucak türkmənlərini qorumağa başlayıb.