HDP millət vəkili əlini kürsüyə vurub ağladı: Artıq yetər! - VİDEO

28-01-2016, 16:46           

Millət vəkili çıxış edərkən göz yaşlarına sahib ola bilməyib.

Tükiyə parlamentində çıxış edən HDP partiyasının təmsilçisi, Şanlıurfanın millət vəkili Osman Baydəmir, Şırnak və Diyarbəkirdə keçirilən əməliyyatlardan danışıb. O, həmin ərazidə baş verən ölüm hadisələrindən söhbət açıb. İslamınSəsi xəbər verir ki, çıxış edərkən millət vəkili göz yaşlarına sahib ola bilməyib.

"Allah xatirinə, Məhəmməd eşqinə, hər nəyə inanırsınızsa, onun xatirinə... O binada ölənlər sizsiniz, siz! O binada ölənlər MHP, HDP, CHP, AKP-dəndir. Allahdan qorxmursunuzmu?",-deyən O.Baydəmir tribunaya əli ilə zərbə vurub. Çıxışına davam edən millət vəkili kürd dilində üç dəfə "artıq yetər!" (əti besa) söyləyib.

"Daha nə qədər ölümə səssiz...",-deyən O.Baydəmir sözlərini tamamlaya bilməyərək ağlayıb.
[media=https://www.youtube.com/watch?v=fE7Enf4fTK4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru