Mahsun Kırmızıgüldən Türkiyəyə PKK xəyanəti

30-01-2016, 09:39           
Mahsun Kırmızıgüldən Türkiyəyə PKK xəyanəti
Seçkilərdən sonra siyasi mesajlar verməyən müğənni Mahsun Kırmızıgül, dünən Tvitterdə Türkiyənin cənub-şərqində PKK-ya qarşı aparılan əməliyyatlara görə, Türkiyə dövlətini ittiham edib.
Avropa.info xəbər verir ki, müğənni Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi təmizləmə əməliyyatlarının sonra PKK-nın məhv edilməsi yönündə aparılan işləri “uşaqların və yaşlıların hədəfə alınması” kimi qiymətləndirib.
Dövlətin keçirdiyi əməliyyatları və baş nazir Əhməd Davudoğlunu hədəf alan Kırmızıgül PKK-a haqqında bir kəlmə də olsun sərt ifadə işlətməməsi ilə diqqət cəkib.
Verdiyi bəyanatla bölgədəki məscidləri yandıran, özünə dəstək verməyən bölgə xalqını qətl edən, uşaqları və yaşlıları hədəf alan PKK terror təşkilatını pisləməyən Kırmızıgül, Türkiyə dövlətini “qatil” olaraq səciyyələndirəndən sonra, “sülh” çağrışı da edib.
Qeyd edək ki, Türkiyə hökuməti PKK-nın tamamilə məhv edilməsi üçün, ölkənin cənub-şərqində əməliyyatlar aparır.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru