6 yaşlı türkdən Hillari Klintona gözlənilməz sual...

30-01-2016, 13:29           
6 yaşlı türkdən Hillari Klintona gözlənilməz sual...
"Onun bizim bu ölkədən getməyimizi niyə istədiyini bilirsinizmi?!".

Bu sualı 6 yaşlı türk Məhəmməd Xırıdlıgil ABŞ prezidentliyinə Demokratlar Partiyasından olan iddiaçı, keçmiş dövlət katibi Hillari Klintona ünvanlayıb.

M.Xırıdlıgil bu sualı ABŞ prezidentliyinə başqa bir iddiaçı, Respublikaçılar Partiyasının təmsilçisi Donald Trampın "müsəlmanlar ABŞ-dan qovulmalıdır" fikirinə aydınlıq gətirməsi üçün verib.

Hillari Klinton ABŞ-da anadan olmuş 6 yaşlı Məhəmməd Xıdırlıgilə belə cavab verib: "Trampın dedikləri bir prezidentə yaraşan söz deyil. Siz isə gələcəkdə Amerika sisteminə daha çox xeyir vercəksiniz".

Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddiaçı Donald Trampın müsəlmanlara qarşı müxtəlif səpkidə çıxışları ölkəsində və ayrı-aryı dövlətlərdə etirazlara səbəb olub.( "Report")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru