Rus təyyarəsinin növbəti sərhəd pozuntusu Türkiyənin əsəblərinə tarıma çəkdi - TSQ pilotlara əmr gözləmədən "vur" əmri verdi

31-01-2016, 01:00           
Rus təyyarəsinin növbəti sərhəd pozuntusu Türkiyənin əsəblərinə tarıma çəkdi - TSQ pilotlara əmr gözləmədən "vur" əmri verdi
Rus döyüş təyyarəsinin Türkiyə sərhədini pozmasından sonrası Hava Qüvvələri Komandanlığı pilotlara yenidən bu halın yaşanacağı halda "vur" əmri verib.

Avropa.info xəbər verir ki, Hava Qüvvələri Komandanlığı hərbi bazaları həyəcan siqnalı ilə ayağa qaldırıb.

Hava Qüvvələri Komandanlığının Amasya, Ankara, Balıkesir, Diyarbəkir və Malatyada yerləşən reaktiv bazalarında "hər an hər şeyə hazırlıqlı olmaq" mənasına gələn həyəcan siqnalı verilib.

TSQ tərəfindən Hava Qüvvələri Komandanlığı nəzdindəki Diyarbəkir 8-ci Əsas Təyyarə Bazasındakı pilotlara da mümkün pozuntu və digər hallarda əmr gözləmədən "vurmaq" səlahiyyəti verilib.

Digər tərəfdən Diyarbəkir 8-ci Əsas Təyyarə Bazasına çoxlu sayda F16 döyüş təyyarəsi da göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.