Türkiyəni qarışdıracaq iddia: Hökumətin qarşısında - İki şərt
31-01-2016, 11:47
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaş ölkədə mübahisə yaradacaq iddia ilə çıxış edib.
Axar.az xəbər verir ki, "Med Nuçe" televiziyasında bir proqramda çıxışı zamanı Dəmirdaş hökumətin Baş Qərargahla terrora qarşı mübarizə ilə bağlı dialoqundan danışıb.
Dəmirdaş Baş Qərargahın hökumətin qarşısına iki şərt qoyduğunu bildirib.
"Hökumət Baş Qərargahdan şəhərlərə, rayonlara girməsini istəmişdi. "Şəhərlərə tankla girəcəksiniz" demişdi. Baş Qərargah isə hökumətə cavabında "İllərlə terrora qarşı mübarizə aparmaq istədik, ancaq imkan vermədiniz. İndi isə tankla şəhərlərə girməyimizi istəyirsiniz. Biz bu addımı atsaq, xeyli sayda mülki vətəndaş öləcək. Siz buna görə bizə təminat verəcəksiniz və bunun hesabı bizdən soruşulmayacaq. İkinci şərtimiz isə budur ki, bizə ordan çıxın deməyəcəksiniz, biz özümüz vaxtı gələndə qərar verəcəyik" - bildirib. Hökumət çarəsizlik içində dərhal "girin" deyib", - Dəmirdaş qeyd edib.