Davudoğlunun evinin qarşısında terrorçu güllələndi

31-01-2016, 21:01           

ürkiyə polisi Türkiyənin baş naziri Əhməd Davudoğlunun İstanbulda yerləşən iqamətgahı qarşısında terrorçu-kamikadze olduğu güman edilən şəxsə atəş açıb və şübhəlini yaralayıb.

İnsident ötən gün gecə saatlarında baş verib.

Polis Dolmabaxça sarayına keçmək istəyən iki arxa çantalı şübhəli kişini dayandırmağa cəhd göstərib. Onun çantalarından sallanan naqillər polis əməkdaşlarında şübhə yaradıb. Sözügedən şəxs polisin tələbinə tabe olmadıqdan sonra isə güman edilən terrorçuya atəş açılıb. Kişi ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun üzərində olan iki arxa çantası hadisə yerində mütəxəssislər tərəfindən partladılıb. Daha sonra hadisə baş verən ərazi mühasirəyə alınıb.

Çantalarda partlayıcı qurğunun olub-olmadığı barədə məlumat verilmir.

(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru