Rusiya təyyarəsi NATO radarına düşüb

1-02-2016, 11:54           
Rusiya təyyarəsi NATO radarına düşüb
Türkiyə bildirir ki, NATO radarları yanvarın 29-da Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozmasını qeydə alıb.

Ankara bildirir ki, Rusiyanın SU-34 təyyarəsi, xəbərdarlıqlara baxmayaraq, hava sərhədini pozub. İki ay öncə Türkiyə Suriya ilə sərhədində oxşar insidentə görə Rusiya təyyarəsini vurmuşdu. Bundan sonra ikitərəfli münasibətlər pisləşdi.

Rusiya isə hər hansı pozuntuya yol vermədiyini bildirir.

“Rusiya hava məkanımıza müdaxiləni ört-basdır edə bilməz. Belə bir insident baş veribsə, onu gizlətmək olmaz, yaxud pozuntu baş verməyibsə, onu uydurmaq olmaz”, baş nazir Ahmet Davutoglu yanvarın 31-də Səudiyyənin paytaxtı ər-Riyadda deyib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general mayor Igor Konashenkov yanvarın 29-da bu məlumatları təkzib edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.