XƏZƏRİN O TAYINDA: Əcnəbilərə peyvənd, xalqa dədə-baba qaydası...

21-01-2021, 11:52           
XƏZƏRİN O TAYINDA: Əcnəbilərə peyvənd, xalqa dədə-baba qaydası...
Koronavirusun yayıldığını və yoluxma faktlarını rəsmən etiraf etməyən Türkmənistanda da COVİD-19-a qaşrı peyvənd etdirmək mümkün olacaq. Cebhe.info yerli mətbuata istinadən bildirir ki, ölkədə bir neçə peyvənd arasından birini seçmək imkanı veriləcək. Türkmənistanda bundan bir müddət əvvəl Rusiyanaın "Sputnik V" peyvəndi qeydiyyatdan keçib.

İndi isə digər peyvəndlərin də qeydiyyatı mümkün görünür. Belə bir qərarı Prezident Qurbanqulu Berdımuhəmmədov qəbul edib.

Hökumətyönlü "Neytral Türkmənisan" qəzetinin yazdığına görə, ölkəyə velo yarışında iştirak etmək üçün digər ölkələrdən çox sayda idmançı gələcək. Həmçinin tennis üzrə kubokun yarışları keçiriləcək. Buna görə də iştirakçılar üçün müxtəlif peyvəndlər nəzərdə tutulur.

Qərardan belə məlum olur ki, bu peyvəndlər türkmənlər üçün yox, əcnəbilər üçün nəzərdə tutulub.

Dövlət başçısı əcnəbilərin pulsuz peyvənd olunacağını bildirib:"Bunun üçün bizim hər cür imkanımız var".

O ki qaldı türkmənlərə, Berdımuhəmmədov onları dədə-baba qaydası ilə koronavirusdan qorunmağa və müalicəyə çağırıb. Baxmayaraq ki, ölkədə koronavirus xəstəsinin olduğu rəsmən etiraf edilmir.

Xəzər

Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.