Kəbənin fotosunu təhqir edənlərə hökm oxundu

31-01-2021, 04:30           
Kəbənin fotosunu təhqir edənlərə hökm oxundu
Türkiyədə Boğaziçi Universitetinin qarşısında Kəbənin fotosunu yerə sərənlərə hökm oxunub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, insidentlə bağlı saxlanılan 4 nəfərdən 2-si “Xalqı nifrətə təhrik etmək və birbaşa alçaltmaq” ittihamı ilə həbs edilib, digər 2 nəfər isə nəzarət altında olmaq şərti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidentinin müavini Fuad Oqtay Kəbənin fotosunun yerə sərilməsinə kəskin etiraz etmiş və günahkarların cəzalandırılacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru