Ərdoğan bu məsələlərə görə KABİNETİ TOPLAYIR

31-01-2021, 19:24           
Ərdoğan bu məsələlərə görə KABİNETİ TOPLAYIR
Sabah Beştəpədə Türkiyə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, toplantıya ölkə başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.

Qeyd edilib ki, əsas müzakirə mövzususu koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər olacaq.

Məlumata görə, peyvənd təqvimi masada yer alan mövzulardan biridir.

İclasda semestr fasiləsindən sonra başlayacaq təhsil dövrü də müzakirə ediləcək.

Məktəblərdə üz-üzə təhsilə başlayıb-başlamayacağı ilə bağlı qərar veriləcək. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru