Türkiyədə BÖYÜK ƏMƏLİYYAT: 3 minə yaxın şəxs HƏBS EDİLDİ

1-02-2021, 09:04           
Türkiyədə BÖYÜK ƏMƏLİYYAT: 3 minə yaxın şəxs HƏBS EDİLDİ
Türkiyədə insan alveri ilə əlaqəli axtarılan yüzlərlə şübhəli həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, ölkə polisi və təhlükəsizlik qüvvələri insan alveri, qanunsuz immiqrasiya ilə əlaqəli cinayətlər törətməkdə şübhəli bilinən 2775 nəfəri həbs edib.

Əməliyyata 51 minə yaxın müxtəlif polis bölmələrinin və digər təhlükəsizlik qüvvələrinin əməkdaşı cəlb edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.