Mövlud Çavuşoğlu: "Azərbaycan tarixi ərazilərini geri qaytardı"

2-02-2021, 03:32           
Mövlud Çavuşoğlu:
Türkiyə əvvəlcədən Qarabağ münaqişəsinin diplomatik yolla həllinə çağırırdı, ancaq xarici oyunçular Ermənistanı dəstəkləməyə davam edərək rəsmi Ankaranın mövqeyi ilə razılaşmırdılar.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Azərbaycan sülh təşəbbüslərinin müvəffəqiyyətsizliyi fonunda aktiv hərəkətə keçməyə və özünə aid olanı qaytarmağa məcbur idi.

“Azərbaycan hüquqla ona aid olanı qaytardı, tarixi ərazilərini qaytardı”, – Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru