Türkiyədən Naxçıvan dəhlizi ilə bağlı AÇIQLAMA

3-02-2021, 23:04           
Türkiyədən Naxçıvan dəhlizi ilə bağlı AÇIQLAMA
"Azərbaycan tərəfi Naxçıvan dəhlizi ilə bağlı iş aparır”.

Sfera.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyǝnin nǝqliyyat vǝ infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası və "Marmaray” layihəsinin buraya inteqrasiyası ilə Pekindən Londona qədər fasiləsiz "Dəmir İpək Yolu”nun meydana çıxdığını söyləyib.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə əlaqədar Gürcüstan-Azərbaycan-Rusiya-Qazaxıstan-Xəzər dənizi istiqamətində aktiv bir hərəkətlilik başlayıb.

A. Karaismailoğlu İranla Türkiyə arasında dəmir yolunda əhəmiyyətli irəliləyişin olduğunu da qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.