Buzlar əriyir: İki ölkə Türkiyə ilə barışmaq üçün hərəkətə keçdi

5-02-2021, 00:05           
Buzlar əriyir: İki ölkə Türkiyə ilə barışmaq üçün hərəkətə keçdi
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyə ilə ticarət və təhlükəsizlik sahələrində güclü əməkdaşlıq qurmaq üçün gizli və açıq görüşlər keçirirlər.

Teref.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentliyə görə, Türkiyə ilə münasibətləri soyuq olan hər iki ölkə əlaqələri gücləndirmək qərarına gəlib.

Agentliyə açıqlama verən bir türk rəsmisi Türkiyə və BƏƏ-nin ticarətdəki əngəlləri aradan qaldırıldığına inandığını, pandemiya səbəbindən dayandırılan təyyarə uçuşlarının yenidən bərpa ediləcəyini deyib.

Ölkələrin nəhəng ixracat bazarları münasibətləri yaxşılaşdırmaq üçün əsas amil sayılır. BƏƏ 8 milyard dollarlıq ticarət həcmi ilə Yaxın Şərqə İraqdan sonra Türkiyənin ən böyük ticarət ortağıdır.

Türkiyəyə neft və kimyəvi mallar tədarük edən Səudiyyə Ərəbistanı ixracatın azalmasına baxmayaraq, regional bazarların başında dayanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru