Dəhşətli QƏTL: Gənc ona "qardaş" deməyən dostunu GÜLLƏLƏDİ

5-02-2021, 11:59           
Dəhşətli QƏTL:
Türkiyədə gənc oğlan ona "qardaş" demədiyi üçün dostunu güllələyərək öldürüb.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, spirtli içki qəbul edən Harun Sayın və Burak Telkeş arasında mübahisə düşüb. Mübahisə dostların müdaxiləsi ilə böyümədən sonlanıb.

Hadisədən 2 saat sonra Harun Sayın Burak Telkeşə zəng edərək onu yol kənarına çağırıb. Burada dostlar arasında yenidən mübahisə başlayıb.

Sərxoş olan Harun Sayın havaya atəş açaraq Burak Telkeşə ona qardaş deməsini əmir edib. Lakin Burak Telkeş Harun Sayına qardaş deməyəcəyini söyləyib. Bu zaman Harun Sayın Burak Telkeşi güllələyərək qətlə yetirib.

Polislər tərəfindən saxlanılan Harun Sayın məhkəmə qarşısına çıxarılıb. Harun Sayın məhkəmənin qərarı ilə 18 il azadlıqda məhrum edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru