Türkiyədə zəlzələ oldu 7-02-2021, 00:06 Türkiyənin İzmir şəhərində zəlzələ olub.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Yeraltı təkanlar Karaburun rayonunda yerli vaxtla saat 19:09-da 4,1 bal gücündə baş verib.Zəlzələnin episentri Egey dənizinin sahillərində, yerin 7,8 kilometr dərinliyində qeydə alınıb.Zəlzələ İzmirlə bərabər Çanaqqala, Aydın və Balıqəsir şəhərlərində də hiss edilib. Facebook-da paylaş