Türkiyə Avropa gül bazarında rəqibləri sıxışdırır

9-02-2021, 07:54           
Türkiyə Avropa gül bazarında rəqibləri sıxışdırır
Türkiyənin yerli istehsalçıları Valentin günü (fevralın 14-ü) ərəfəsində dünyanın 22 ölkəsinə 70 milyon kəsilmiş gül ixrac ediblər, çünki bu məhsula tələbat sürətlə artır. Satış müxtəlif ölkələrə, o сümlədən, Niderlanda, Böyük Britaniyaya, Almaniyaya və Rumıniyaya olub. Bu barədə fevralın 8-də «Daily Sabah» qəzeti xəbər verib.

Türkiyə məhsulları və dekorativ bitkilər ixracı assosiasiyasının başçısı İsmail Yılmaz «Anadolu» informasiya agentliyinə bildirib ki, bu il gül ixracı əhəmiyyətli dərəcədə artıb.

«Pandemiyaya baxmayaraq, biz, 22 ölkəyə 7 milyon dollarlıq 70 milyon gül göndərmişik. Ötən il bu rəqəm 6 milyon dollar təşkil edib, ümumi tədarük həcmi isə 60 milyon ədəd gül olub» - o, bildirib.

Türkiyənin nəhəng gül bazarı - Avropadır. Bunun da böyük qismi Niderlandın payına düşür. Onun ardınca da Böyük Britaniya, Almaniya, Rumıniya və Ukrayna gəlir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru