Bu yerlərdə siqaret çəkmək qadağan olunacaq - Siyahı
9-02-2016, 12:31
Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu siqaretin çəkilməsinin yaxın zamanlarda qadağan olunacağı yerlərin siyahısını açıqlayıb.
Avropa.info xəbər verir ki, Müəzzinoğlu yaxın zamanlarda ticarət mərkəzlərinin qarşısında, ibadət yerlərinin bağçası, gəzinti sahələri və uşaqların olduğu parklarda siqaret çəkilməsinin qadağan olunacağını bildirib.
Türkiyənin Səhiyyə Nazirliyi tütünlə mübarizənin əhatə dairəsini genişləndirir. Qış aylarında qapalı məkanların şüşəli hissələrinin tamamilə bağlanaraq siqaret çəkilməsi ilə bağlı yeni bir qanun layihəsi hazırlanır.
Türkiyə mətbuatında dərc olunan xəbərə görə açıq sahədə siqaret qadağaları da bu ildən tətbiq olunmağa başlayacaq. Qadağalara görə çay bağçası kimi sahələrdə siqaret çəkən masa ilə içməyən masanın yan-yana olması da qadağan olunacaq. Masalar arasında müəyyən məsafə şərti qoyulacaq.