Rusiya səfirliyi: "Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik"

17-02-2021, 08:00           
Rusiya səfirliyi:
“Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəylik göstəririk”.

“Haber7” xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfirliyi tvitter səhifəsində İraqın şimalında 13 türkün qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

“Türk xalqının kədərinə şərikik. Şəhid olanların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – səfirlik yazıb.

Qeyd edək ki, Türkiyənin 13 vətəndaşını terrorçu PKK/YPG-PYD 2015-ci ildə qaçırıb. Dinc və silahsız bu sakinləri terrorçular fevralın 13-də qətlə yetirib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru