“Ermənistan PKK silahlılarını Dağlıq Qarabağa yerləşdirir”
9-02-2016, 18:08
“Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisində PKK və digər terror təşkilatlarını yerləşdirməklə üstünlük əldə etmək istəyir”.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİMDER) sədri Göksəl Gülbey deyib. Onun sözlərinə görə, son vaxtlar Türkiyənin PKK-ya qarşı keçirdiyi əməliyyatlardan sonra adı çəkilən terror təşkilatı baza kimi istifadə etdiyi Qəndil dağından Azərbaycan torpağı Dağlıq Qarabağa köçməyə başlayıb.
“Son vaxtlar keçirilən əməliyyatlara terror təşkilatı daha təhlükəsiz yer sayılan və təlimlər üçün uyğun şəraiti olan Dağlıq Qarabağa üstünlük verir. Ermənistanda da bundan istifadə edərək üstünlük qazanmağa çalışırlar. Erməni ailələr övladlarını o bölgəyə əsgər göndərmək istəmir. Ermənistan bilir ki, Azəırrbaycan ordusu işğal altındakı torpaqları hərbi yolla almağa hazırdır, ona görə də, belə təşkilatların gücünə ehtiyac duyur və PKK-ya bu ərazidən baza kimi istifadəyə etməyə icazə verir”, – deyə G.Gülbəy bildirib.