Nüfuzlu rus nəşrindən Ərdoğana iftira...
9-02-2016, 18:13
Ərdoğan Avropa Birliyindən qaçqınlar üçün 30 milyard avro tələb edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə “Комсомольская правда” yazıb.
Qeyd edilir ki, keçən ilin noyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası rəhbəri Donald Tusk və Avropa Komissiyası başçısı Jan-Klod Yunker ilə görüşdə Avropanı Suriyalı miqrantlar ilə şantaj edərək, Avropa Birliyindən 30 milyard avro tələb edib. Söhbətin məğzini Avropa Birliyi ölkələrinin üzvlərindən gizli saxlayıblar.
Bu barədə məxfi sənədlərin danışıq qeydlərini ələ keçirən yunan jurnalistlər məlumat veriblər. Onların sözlərinə görə, Ərdoğan Avropa Birliyini Türkiyənin Avropa İttifaqına daxil olması üzrə danışıqların sürətləndirilməsini həll etmədiyi təqdirdə, qaçqınlarla dolu avtobusları Yunanıstan və Suriyaya göndərəcəyi, ya da onları uşaqları ilə bərabər sahildə tərk edəcəyi ilə hədələyib.
Türkiyəli lider Donald Tusk və Jan-Klod Yunker ilə söhbətində “ özünü lovğalı və hirsli aparıb”, Avropa Birliyi tərəfindən təklif edilən üç milyard avrodan imtina edib və hər il üç milyard avro pul istəyib, əks təqdirdə “ heç bir anlaşma olmayacaq” deyib.
“Ərdoğan ritorik şəkildə soruşub: əgər biz razılığa gəlməsək, siz qaçqınlar ilə necə mübarizə aparacaqsınız? Siz qaçqınları öldürəcəksinizmi? – deyə “РИА Новости” sənədlərin alıntılarından sitat gətirir.