Ərdoğan təhlükəsizlik məsələləri ilə bağlı təcili toplantı çağırdı

10-02-2016, 01:59           
Ərdoğan təhlükəsizlik məsələləri ilə bağlı təcili toplantı çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik məsələləri, terrorçuluqla mübarizə və bölgədəki vəziyyətlə bağlı təcili müşavirə çağırıb.

APA-nın məlumatına görə, müşavirədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, DİN rəhbəri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edirlər.

Qeyd edək ki, toplantı prezidentin gündəlik iş planına daxil edilmədiyindən baş nazir Əhməd Davudoğlu Hollandiyaya səfərini təxirə salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru