Türkiyəyə qarşı məkrli plan - Minlərlə terrorçu hazırlanır

7-03-2021, 16:11           
Türkiyəyə qarşı məkrli plan -
İraq Türkmən Cəbhəsi İcra Heyətinin üzvü Hicran Kazancı PKK tərəfindən Türkiyəyə qarşı məkrli planın hazırlandığını bildirib.

Publika.az xəbər verir ki, H.Kazancının dediklərinə görə, Sincarda olan 2500 PKK terrorçusuna təlim keçiləcək və təlim dərsləri əsnasında pilotusuz uçuş aparatları sistemindəki məlumatlar da onlara öyrədiləcək.

"Yalnız ABŞ-ın həyata keçirdiyi dizayn işləri hərbi qüvvə olaraq NATO-ya təhvil verilir. Əvvəlcə Sincardakı 2500 PKK terrorçusuna bir sıra təlimlər keçiriləcək, sonra isə müasir mərmilər və PUA sistemləri ilə texnologiya müharibəsi təhsili alacaqlar. ABŞ-ın 2015-ci ildən bəri təkbaşına həyata keçirdiyi yeni dizayn işi hərbi olaraq NATO-ya ötürülür. İraq və Suriya üçün isə yeni bir dövr başlayır", - Kazancı qeyd edib.

Digər tərəfdən, NATO Baş katibi Yens Stoltenberq İraqdakı əsgər sayını artıracaqlarını və bu sayı 500-dən 4 minə çatdıracaqlarını açıqlayıb. Stoltenberqin verdiyi açıqlamada İraq ordusu ilə birlikdə "məhəlli və ya lokal" qüvvələrin hazırlanmasına və təchiz edilməsinə işarə edilib. H.Kazancı NATO-nun heyət artırma qərarının yaxın gələcəkdə başlayacaq yeni proqram olduğunu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.