"Putinin dostu İŞİD üçün çalışır"

12-02-2016, 00:26           

Rusiyalı mütəxəssislər Suriyada İŞİD-in nəzarətində olan Tuveynan qaz yatağında terrorçularla birgə çalışırlar.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Foreyn Polisi” jurnalı çıxış edib.

Nəşr vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Gennadi Timçenkonun rəhbərlik etdiyi “Stroytransqaz” şirkəti “Hesko” adlı subpodratçı təsisatın vasitəsilə sözügedən qaz yatağında tikinti aparır və rusiyalı mütəxəssisləri də bu işə cəlb edir:

“Əsəd höküməti 2007-ci ildə sözügedən qaz yatağında tikinti aparılması üçün “Stroytransqaz” şirkəti ilə müqavilə imzalayıb. Lakin 2011-ci ildə Tuveynan qaz yatağı müxaliflərin, daha sonra İŞİD-in əlinə keçib. Ruslar bir müddət tikintini dayandırsa da, sonradan fəaliyyətlərinə davam ediblər”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, ABŞ Maliyyə Nazirliyi “Hesko” subpodratçı şirkətə və onun rəhbərliyinə sanksiya tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru