Poroşenkonun adından Ərdoğanla məzələndilər

12-02-2016, 13:26           

Rusiyalı telefon xuliqanları (prankerlər) Vladimir Kuznetsov və Aleksey Stolyarov (Vovan və Lexus) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu ələ salıblar.

Bu barədə AzVision.az “RİA Novosti”-ə istinadən xəbər verir.

Məlumata görə, prankerlər Ərdoğanla Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arseniy Yatsenyukun adından danışıblar.

Telefon danışığı zamanı Ərdoğan Ukrayna prezidentini “əziz dost” adlandırıb. Bundan əlavə “Ukrayna tərəfi” Rusiyaya qarşı mübarizədə Ərdoğana atdığı addımları koordinasiya etməyi təklif edib.

“Böyük məmnuniyyətlə, bu məsələyə görə kiçik şübhəniz belə olmasın”,- deyə Türkiyə prezidenti vurğulayıb.

Bundan əlavə, prankerlərdən biri Ərdoğandan “Su-24”ün vurulmasına görə Rusiyadan üzr istəyib-istəməyəcəyini də soruşub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.