KK-nın AKP rəhbərliyinə sui-qəsd planı üzə çıxdı

12-02-2016, 18:15           
KK-nın AKP rəhbərliyinə sui-qəsd planı üzə çıxdı
PKK terror təşkilatının AKP sədrinin köməkçilərinə, jurnalistlərə, sənətçi və media orqanlarına sui-qəsd planı deşifrə olub.

Axar.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, PKK İran əsilli “Cavad” kod adlı Rızgar Səid Şərifi ilə “Kardon” kod adlı Qafur Abdullahı Ankaraya göndərib.

Terrorçular iki həftə ərzində Ankarada AKP sədrinin köməkçiləri ilə bağlı kəşfiyyat məlumatları toplayıblar. Onların hər biri bu xidmətləri müqabilində 15 min dollar alıblar.

PKK-nın sui-qəsd hücumları üçün DHKP-C və MLKP kimi sol radikal terror təşkilatları ilə əməkdaşlıq edəcəyi bildirilir.

Qeyd edək ki, hüquq mühafizə orqanları terrorçuların hədəfindəki şəxslərlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru