Astanada tikilməkdə olan “Abu-Dabi Plaza” kompleksi yanır

13-02-2016, 10:07           

Qazaxıstanın paytaxtı Astanada tikilməkdə olan “Abu-Dabi Plaza” çoxmərtəbəli binasında yanğın baş verib.

APA-nın “Tengrinews.kz” saytına istinadən verdiyi məlumata görə, yanğın binanın 25-ci mərtəbəsində başlayıb.

İlkin versiyaya əsasən, yanğına qaz balonunun partlaması səbəb olub. Zərərçəkənlər barədə hələ ki, məlumat verilmir. Hadisə yerinə ümumilikdə 17 yanğınsöndürən maşın və 60 nəfər canlı qüvvə cəlb olunub.

88 mərtəbəli premium dərəcəli çoxfunksionallı yaşayış kompleksinin inşasına 2010-cu ildə başlanılıb. Binanın 2016-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Abu-Dabi Plaza” kompleksi Qazaxıstan və Mərkəzi Asiyanın ən hündür tikilisi olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.