"Twitter" Türkiyənin tələbini qəbul etdi - Nümayəndə təyin ediləcək

20-03-2021, 07:58           
"Twitter" Türkiyənin tələbini qəbul etdi -
"Twitter" sosial şəbəkəsi Türkiyə hakimiyyətinin 2020-ci ilin oktyabrında qüvvəyə minmiş sosial şəbəkələr haqqında qanun çərçivəsində yerli nümayəndə təyin etməsi barədə tələbini qəbul edib.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" hesabında Türkiyənin nəqliyyat və infrastruktur naziri Ömər Fatih Yasin yazıb.

Nazir bildirib ki, "Twitter"in bu addımından sonra Türkiyədə nümayəndə təyin etməyən yalnız "Pinterest" sosial şəbəkəsi qalır.

Onun sözlərinə görə, ölkədə sosial şəbəkələrin nümayəndələrinin olması vətəndaşların hüquqlarının pozulmasını aradan qaldırmaq üçün vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru