Ankara Aİ sammitindən əməkdaşlıq üzrə konkret addımlar gözləyir - Ərdoğan

20-03-2021, 07:48           
Ankara Aİ sammitindən əməkdaşlıq üzrə konkret addımlar gözləyir - Ərdoğan
Ankara 25-26 mart tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) liderlərinin sammitindən Türkiyə ilə əməkdaşlığı genişləndirmək üzrə konkret addımlar gözləyir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Şarl Mişel ilə videokonfrans rejimində görüşü zamanı deyib.

T.Ərdoğan qarşıdakı Aİ sammiti iştirakçıları tərəfindən müzakirə edilməsi planlaşdırılan Türkiyə ilə bağlı hesabatın obyektivliyinə ümid etdiyini bildirib: "Türkiyə bu sənədin Ankara ilə Aİ arasındakı münasibətlərdə müsbət gündəliyə yol açacaq konstruktiv təşəbbüslərdən ibarət olacağına ümid edir".

Türkiyə Prezidenti qeyd edib ki, yüksək səviyyədə dialoqun bərpası və miqrasiya razılaşmasının yenilənməsi vacibdir: "Türkiyə ilə Avropa İttifaqı arasında yeni Gömrük Sazişinin icrasına başlanılması və Aİ tərəfindən Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi xüsusi əhəmiyyət kəsb edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru