"Ananın əlini öp, babanın əlini öp, ananın bir də ayağının altını öp"- Ərdoğan....

21-03-2021, 10:47           
"Ananın əlini öp, babanın əlini öp, ananın bir də ayağının altını öp"- Ərdoğan....
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Taksim meydanında vətəndaşlarla görüşüb.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı bu əsnada yaxınlıqdakı səyyar satıcıdan şabalıd və qarğıdalı alıb.

Satıcının etirazına baxmayaraq, Ərdoğan ödəniş edib.

"Olmaz, haqqın mənə keçərsə, nə edərəm? Haqqını halal et! Mən əl öpdürmürəm. Ananın əlini öp, babanın əlini öp, ananın bir də ayağının altını öp", - deyə prezident satıcıya bildirib.

Daha sonra Ərdoğan aldığı şabalıd və qarğıdalını vətəndaşlarla da bölüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru