Bayden ABŞ və Avropa İttifaqını Türkiyə və Cənubi Qafqaz üzrə əməkdaşlığa çağırıb

27-03-2021, 10:03           
Bayden ABŞ və Avropa İttifaqını Türkiyə və Cənubi Qafqaz üzrə əməkdaşlığa çağırıb
ABŞ prezidenti Co Bayden cümə axşamı Avropa İttifaqı ölkələrinin 27 lideri ilə keçirilən virtual sammit zamanı Avropa müttəfiqləri ilə birlikdə Çin və Rusiya da daxil olmaqla, "ümumi xarici siyasi maraqlar" üzərində işləmək istəyini bildirib. O həmçinin ABŞ və Avropa İttifaqının Türkiyə, Cənubi Qafqaz, Şərqi Avropa və Qərbi Balkanlar üzrə əməkdaşlığının davam etdirilməsinin vacibliyini qeyd edib", - Ağ Evin hesabatında bildirilir, TURAN-ın Vaşinqton müxbiri məlumat verib.
Bayden Avropa Şurasının virtual sammitinə qoşulduğu zaman Avropa liderləri ümumi dəyərləri (və Trampın gedişini) qeyd edirdilər. Görüşə Avropa Şurasının prezidenti Şarl Mişel sədrlik edib.
Ağ Evin bəyanatına görə, Bayden "ABŞ və Avropa İttifaqı arasında münasibətlərin canlanmasına" sadiqliyini təsdiqləyib. O həmçinin bildirib ki, ümumi demokratik dəyərləri və dünyanın ən böyük ticarət və investisiya tərəfdaşlığını nəzərə alaraq, güclü Avropa İttifaqı ABŞ-ın maraqlarına uyğundur. -












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru