PKK Türkiyə sərhədinin 20 kilometrliyində şəhəri ələ keçirdi

16-02-2016, 10:15           

Terrorçu PKK təşkilatının Suriyadakı qolu kimin tanınan PYD cəmi bir sutka davam edən döyüşlər nəticəsində Türkiyə sərhədinin 20 kilometrliyində yerləşən Tel-Rifat şəhərini ələ keçirib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, ələ keçirilən şəhər Hələb vilayətinin şimalında yerləşir və strateji əhəmiyyətə malikdir.

«Hücum bu gün günorta saatlarında şəhərin şimal girişindən başlayıb. Hazırda şəhər nəzarətə götürülüb. Bir neçə məhəllənin qarşı tərəfin döyüşçülərindən təmizlənməsi əməliyyatları aparılır. Müxalifətçilərin bəzi obyektləri minalaması istisna olunmur», - «RİA Novosti» agentliyinə bu xəbəri vermiş mənbə belə deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.