Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər

10-04-2021, 08:16           
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Epidemioloji vəziyyətə görə Rusiya ilə Türkiyə arasında uçuşlar 12 aprel tarixindən bir ay məhdudlaşdırıla bilər.

Trend-in məlumatına görə, bu barədə "İzvestiya" qəzeti Rusiya Nəqliyyat Nazirliyində və iki böyük turizm agentliklərinin mənbələrinə istinadən bildirib.

Məlumata əsasən, məhdudlaşdırıcı tədbirlər aprelin 12-dən etibarən qüvvəyə minə bilər, lakin uçuşların tam dayandırılması gözlənilmir.

Məhdudiyyətlərin çarter uçuşlarına qadağanı əks etdirəcəyini və Türkiyədən gələnlər üçün 14 günlük karantin tətbiq olunmasının mümkün olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru