Türkiyə hərbçilərinə atəş açan terrorçular məhv edildi

10-04-2021, 08:24           
Türkiyə hərbçilərinə atəş açan terrorçular məhv edildi
Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalındakı Tall-Rıfat rayonundan "Fərat qalxanı" əməliyyatı zonasında türk hərbçilərin mövqelərinə atəş açan YPG-nin (PKK terror təşkilatının Suriya qanadı) dörd terrorçusunu məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, Suriyanın şimalında vəziyyətin sabitliyini pozmağa çalışan terrorçular türk xüsusi təyinatlı dəstəsinin operativ əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Xatırladaq ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə qanlı cinayətlər törətməyə başlayıblar. 2020-ci ilin martına qədər Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin bu təşkilatın terrorçuları tərəfindən qətlə yetirilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahılarına daxil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru