Sürücülük vəsiqəsi imtahanına girənlərə avtovağzaldan xüsusi cihazlarla cavabları ötürən azərbaycanlı tutuldu LAP “I ƏMƏLİYYATI” FİLMİNDƏKİ KİMİ...

10-04-2021, 17:04           
Sürücülük vəsiqəsi imtahanına girənlərə avtovağzaldan xüsusi cihazlarla cavabları ötürən azərbaycanlı tutuldu LAP “I ƏMƏLİYYATI” FİLMİNDƏKİ KİMİ...
İstanbul polisi 15 iyul Demokratiya Otogarında (avtovağzalı) üzərində gəzdirdiyi xüsusi çantada yerləşdirilmiş cihazlarla sürücülük vəsiqəsi almaq üçün imtahana girənlərə cavabları ötürən Azərbaycan vətəndaşı saxlanılıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polis Bayrampaşada yerləşən avtovağzalda şübhəli hərəkətlər edən şəxsi izləməyə başlayıb.

Onun yanında qara çanta ilə ora-bura dolaşmasından şübhələnən polis şəxsi saxlayıb və axtarış aparıb. Çantanın içindən 1 ədəd mobil Wi-Fi qurğusu, 2 ədəd sim-kartı olan aparat, 2 ədəd batareya, 2 ədəd kabelli bağlantı aparatı, 3 qulaqcıq, 1 ədəd cib telefonu, 1 ədəd yapışqanlı kağız lent, paltarın üstünə yerləşdirilmiş, kameralı və batareyalı surətçıxaran aparat aşkarlanıb.

Məlum olub ki, Azərbaycan vətəndaşı N.F. sürücülük kursunda imtahan verənlərə bu cihazlarla sualların cavablarını ötürürmüş. Və əvəzində pul alırmış. Əməliyyatı başa çatdırandan sonra onun ləngimədən avtovağzaldan avtobusla başqa şəhərə getməyə hazırlaşdığı məlum olub. Polis onu saxlayıb, dindirib və məhkəməyə çıxarıb. Şəxs başqa yerə getməmək barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru