`Ermənilər bütün Türkiyəni partladacaq` - Jirinovskidən sensasion iddia (VİDEO)

19-02-2016, 11:49           
`Ermənilər bütün Türkiyəni partladacaq` - Jirinovskidən sensasion iddia (VİDEO)
“Türkiyə qoşunları Suriyaya girsə, bu ölkənin bütün şəhərlərində terror aktları törədiləcək”.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, Türkiyədə növbəti terror hadisələri kürd və ermənilər tərəfindən törədiləcək.

“Türkiyə Suriyaya girsə, silsilə terror aktları başlayacaq. Dövlət binaları yanacaq, hərbi düşərgələr partladılacaq”, – deyə Jirinovski “Rusiya 1” telekanalına bildirib.

Rusiyalı siyasətçi Ankaradakı terror aktını növbəti hadisələr üçün “məşq” adlandırıb: “Ankaradakı hadisə sadəcə məşq idi, bu gedişlə bütün Türkiyə yanacaq”

Qeyd edək ki, Vladimir Jirinovskinin Türkiyə ilə bağlı çıxışına verilişin 16-cı dəqiqəsindən baxa gilərsiniz:
[media=https://www.youtube.com/watch?v=76kwPF1hJa4]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.