Rusiya aviaşirkəti Türkiyəyə bütün uçuşları ləğv edib
18-05-2021, 21:17
Rusiyanın "S7" aviaşirkəti yay mövsümündə Türkiyəyə olan bütün uçuşları ləğv edib.
"Margin.az" TASS-a istinadən xəbər verir ki, qərar uçuş məhdudiyyətlərinin qaldırılması və ya uzadılması ilə bağlı qeyri-müəyyənlikdən irəli gəlir.
"S7" aviaşirkəti yay mövsümü bitmədən Türkiyəyə olan bütün uçuşlarını ləğv edib. Aviaşirkətin bu qərarı, Rusiya Federasiyası ilə Türkiyə arasındakı uçuşlarda məhdudiyyətlərin qaldırılması və ya uzadılması ilə bağlı qeyri-müəyyənlikdən qaynaqlanır. Bildirilib ki, "S7" 2021-ci ilin yay mövsümünün sonuna qədər Türkiyəyə uçuş etməyəcək. Türkiyədə epidemioji vəziyyət normallaşdıqdan sonra uçuşlar yenidən başlayacaq.
Əlavə edək ki, Rusiya Türkiyədə aprelin 8-dən etibarən koronavirusa yoluxanların sayı kəskin artığı üçün ölkəyə uçuşları müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.