Türkiyədə qandonduran hadisə: Qadını zəncirləyib altı ay işgəncə verdi - FOTO

19-05-2021, 06:04           
Türkiyədə qandonduran hadisə:
Türkiyənin Tunceli şəhərinin Hozat rayonunda gənc qadın altı ay zəncirlə bağlanaraq işgəncələrə məruz qalıb.

DHA xəbər verir ki, 27 yaşlı Oktay Gülər yeddi ay əvvəl dini nikah kəsdirərək birlikdə yaşadığı 22 yaşlı E.A.-nı zəncirlə bağlayaraq ona işgəncə verib.

Sonuncu dəfə qutudakı siqaretlərin əksik olduğu bəhanəsi ilə qadını saatlarla döyən O.Gülər heyvanları yemləmək üçün çölə çıxıb. Bu zaman ayaqlarını zəncirləməyi unuttuğu E.A. evdən qaçıb.

Qonşunun evinə sığınan qadın ondan kömək istəyib. Hadisə yerinə gələn polislər O.Güləri həbs ediblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru