Türkiyədə yoluxma sayı 10 mindən aşağı düşüb 21-05-2021, 05:15 Ölkədə 2 mindən çox xəstənin vəziyyəti ağırdır Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 207 nəfər koronavirusun qurbanı olub.219 min 192 COVID-19 testi aparılıb ki, bunun da 9 min 385-i müsbət çıxıb. Ağır xəstə sayı 2 min 41-dir.9 min 271 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 989 min 787-yə çatıb. Facebook-da paylaş