Türkiyə hərbi təyyarəsini Naxçıvana dəstək üçün göndərdi - GƏLİŞMƏ

14-07-2021, 18:15           
Türkiyə hərbi təyyarəsini Naxçıvana dəstək üçün göndərdi - GƏLİŞMƏ
Bu saatlarda Türkiyə hava qüvvələrinə məxsus Airbus hərbi təyyarəsi Naxçıvan şəhərinə eniş edib. JAMAZ.İNFO xəbər verir ki, TUAF350 markalı hərbi təyyarənin gözlənilməz səfəri son günlər Azərbaycan Ermənistan silahlı qüvvələri arasında olan silahlı insidentlərə görədir.

Hərbi qaynaqlardan bildirilir ki, Türkiyə bununla yeni müharibə başlasa, müdaxiləyə hazır olduğunu nümayiş etdirir.

Qeyd edək ki, Recep Tayyip Erdoğanın Azərbaycana rəsmi səfəri zamanı imzalanan Şuşa Bəyannəməsində Azərbaycana hərbi müdaxilə olarsa, Türkiyə Cümhuriyyətinin hərbi dəstək verəcəyi qeyd olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan silahlı birləşmələri Naxçıvan istiqamətindəki sərhədlərimizdə təxribata əl atıblar. Silahlı insident nəticəsində bir erməni əsgəri öldürülüb, biri isə ağır yaralanıb. Hadisə nəticəsində Azərbaycan Ordusunun bir əsgəri yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru