Leysan yağışlar Türkiyədə sürüşməyə səbəb oldu, ölən var

15-07-2021, 07:35           
Leysan yağışlar Türkiyədə sürüşməyə səbəb oldu, ölən var
Türkiyədə leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, Rize vilayətində leysan yağışlar çaylardakı suyun səviyyəsini artıb.

Rize vilayətinin qubernatorluğundan bildirilib ki, vilayətin mərkəz hissəsində, Güneysu və Çaeli rayonlarında da daxil olmaqla bir çox yerində sürüşmə və daşqınlar qeydə alınıb.

Axtarış-xilasetmə işləri zamanı Muradiye rayonunda torpaq sürüşməsi nəticəsində çökən evin dağıntıları yerində bir nəfərin cəsədi tapılıb. Üç nəfərin itkin olduğu, daha dörd nəfərin yaralandığı bildirilib.

Türkiyə Prezidenti Rəcəb Ərdoğan tapşırığına əsasən, Ətraf Mühit və Şəhərsalma vnaziri Murat Kurum, Daxili İşlər naziri Süleyman Soylu və Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bölgəyə yola düşüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru